• cümə, 29 Mart, 02:40
  • Baku Bakı 7°C

“Barsa” 800 milyon kredit götürüb

17.07.20 12:22 754
“Barsa” 800 milyon kredit götürüb
"Barselona” rəhbərliyi klubun gələcək layihələrini reallaşdırmaq üçün kredit götürüb.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı "Barsa”nın sabiq prezidenti Xuan Laporta verib. O, indiki rəhbərliyin atdığı addımların kluba zərər verə biləcəyindən narahat olduğunu vurğulayıb:
"800 milyon avro kredit götürməyi planlaşdırıblar. Bilmirəm, onlar artıq razılığa gəliblər, yoxsa ilkin razılıq əldə ediblər.
Amma klub 20 il ərzində bu krediti qaytarmalıdır. Onlar "Nou Kamp”la bağlı da hansı layihələrinin olduğunu müəyyənləşdirməlidirlər. Stadionun adı ilə bağlı məsələ də həll edilməlidir.
Onların nə etdiklərini diqqətlə izləyəcəyəm. Çünki klubun mirasına zərər vura bilərlər”.
Son hesabata görə, 800 milyon kreditdən əlavə, klubun 217 milyon avro borcu var. Deməli, ümumi borc 1 milyarddan da artıqdır. Məlumata görə, klub rəhbərliyi kreditin əsas hissəsini stadionun yenidən qurulmasına sərf edəcək. İlkin mərhələdə bu işə 600 milyon sərf olunacağı güman edilir. Amma xərc arta da bilər.
Laporta 2003-2010-cu illərdə "Barsa”nın prezidenti olub.
banner

Oxşar Xəbərlər