• cümə, 19 Aprel, 05:40
  • Baku Bakı 18°C

Barak Obama: “Azərbaycanın ABŞ kimi tərəfdaşı var”

04.06.13 09:30 1602
Barak Obama: “Azərbaycanın ABŞ kimi tərəfdaşı var”
«APA-Economics»in məlumatına görə, bu barədə ABŞ prezident Barak Obamanın bu gün Bakıda işə başlayan XX beynəlxalq Xəzər Neft-Qaz Sərgisinə ünvanladığı və ABŞ səfiri tərəfindən təqdim olunan məktubunda bildirilir.
Məktubda qeyd olunub ki, həyata keçirilən beynəlxalq neft-qaz layihələri Azərbaycanı mühüm neft tədarükçüsü ölkəsinə və eyni zamanda region üçün qaz mənbəyinə çevirib: «Növbəti illərdə «Şahdəniz» layihəsinin ikinci fazasının və TANAP layihəsinin reallaşdırılması Azərbaycanı Avropanın da ən mühüm qaz tədarükçüsünə çevirəcək».
Məktubda həmçinin bildirilir ki, Azərbaycanın neft resursları ona imkan yaradıb ki, o öz iqtisadiyyatını diversifikasiya etsin, qanunun aliliyini möhkəmləndirsin: «İstərdim ki, Azərbaycanın ABŞ kimi öhdəlikli və loyal tərəfdaşı olmasını biləsiniz».
banner

Oxşar Xəbərlər