• çərşənbə axşamı, 23 aprel, 21:09
  • Baku Bakı 20°C

Bankların cəmi aktivləri 29 milyard manatı ötüb

31.07.19 09:37 4402
Bankların cəmi aktivləri 29 milyard manatı ötüb
30 iyun 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 980.1 mln. manat, cəmi öhdəlikləri isə 25 milyard 380.5 mln. manat təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin iyun ayı üzrə bank sektorunun icmal göstəricilərində bildirilib.
Sektorun balans kapitalı 4 milyard 599.6 mln. manat olub.
İyun ayına sektorun aktivlərinin 43.8%-ni kredit portfeli təşkil edir. Cari ilin ilk yarımilliyində kredit portfeli 4.1% (517.7 mln. manat) artaraq, ümumi kredit portfeli ayın sonuna 13 milyard 146.0 mln. manat təşkil edib.
2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 mln. manat təşkil edib. Cari ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 4.4% (364.1 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, 6 ay ərzində tələbli depozitlər 18.1% (505.7 mln. manat) artıb.
Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 1.1% (114.1 mln. manat) azalsa da, müddətli depozitləri 55.4% (803.5 mln. manat) artaraq 2 milyard 253.2 mln. manata çatıb.
Sektorun balans kapitalı ilin birinci yarısında 13% (527.8 mln. manat) artaraq 4 milyard 599.6 mln. manata çatıb.
Cari ilin ilk yarımilliyində banklar 433.4 mln. manat xalis mənfəət əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.1% (118.8 mln manat) , kreditlər üzrə faiz gəlirləri isə 18.4% (107.8 mln manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 513, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,571 olub. Bank sektorunun işçi heyətinin sayı cari ilin 6 ayında 5% (873 nəfər) artaraq 18,288 nəfər təşkil edib.
30 iyun 2019-cu il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorununicmalgöstəricilərində öz əksini tapıb.
banner

Oxşar Xəbərlər