• cümə axşamı, 18 aprel, 12:25
  • Baku Bakı 22°C

Banklararası şahmat yarışına start verilib

15.05.18 15:13 802
Banklararası şahmat yarışına start verilib
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışına start verilib.
BBN.azxəbər verir ki, tədbirdəABA-nın Prezidenti Zakir Nuriyev və Azərbaycan Şahmat Federesiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək çempionatı açıq elan edib.
Artıq 3-cü dəfə keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-nə yaxın nümayəndə iştirak edir. Yarış "İsveçrə” sistemi üzrə 9 turdan ibarət olaraq FİDE qaydalarına əsasən şəxsi hesab üzrə keçirilir.
Həmçinin, builki çempionatda gənc şahmatçı Əli Qurbanovun müalicəsinə dəstək göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışıABAtərəfindən 2016-cı ildən illik əsasda keçirilir.
banner

Oxşar Xəbərlər