• cümə, 29 Mart, 11:08
  • Baku Bakı 5°C

Banklara borcu olan şəxs Rusiyaya qaçmaq istəyərkən sərhəddə tutulub

09.01.18 15:00 682
Banklara borcu olan şəxs Rusiyaya qaçmaq istəyərkən sərhəddə tutulub
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ölkədən çıxışına qadağa qoyulmuş şəxsi saxlayıb.
DSX-nin Mətbuat MərkəzindənAPA-ya verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər