AZE | RUS | ENG |


Banklara borcu olan şəxs Rusiyaya qaçmaq istəyərkən sərhəddə tutulub

Banklara borcu olan şəxs Rusiyaya qaçmaq istəyərkən sərhəddə tutulub
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ölkədən çıxışına qadağa qoyulmuş şəxsi saxlayıb.
 
DSX-nin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
 
Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.
 
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6760
GBP 1 İngilis funt sterlinqi 2.3852
TRY 1 Türk lirəsi 0.4514
KWD 1 Küveyt dinarı 5.6645
SEK 1 İsveç kronu 0.2127
EUR 1 Avro 2.0948
CHF 1 İsveçrə frankı 1.7804
USD 1 ABŞ dolları 1.7001