• çərşənbə, 24 Aprel, 02:12
  • Baku Bakı 14°C

Banklar öz işçilərinin dələduzluğuna qarşı sığortalanmağa başlayıb

15.11.13 13:36 1771
Banklar öz işçilərinin dələduzluğuna qarşı sığortalanmağa başlayıb
Azərbaycanda işçilərin dələduzluğu hallarından sığortaya maraq artır. Lent.az-ın fins.az-a istinadən verdiyi məlumata görə, Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətindən bildirilib ki, ötən ilin ilk 9 ayında işçilərin dələduzluğundan sığorta ilə bağlı 3 müqavilə bağlandığı halda bu ili həmin rəqəm 3 dəfə artaraq 9-a çatıb.
Müqavilələrlə yanaşı, sığorta hadisələri də artıb. Ötən il bir belə hadisə baş verdiyi halda bu ilin ilk 9 ayında işçilərin dələduzluğu ilə bağlı 2 hadisə qeydə alınıb. Nəticədə toplanmış 398,1 min manat sığorta haqlarına qarşı 618,7 min manat sığorta ödənişi edilib. Qeyd edək ki, bu sığorta növünün müştəriləri əsasən banklardır.
Bununla bağlı sığorta hadisələri də əsaasən banklarda baş verir. Ondan fərqli olaraq pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta hallarına maraq azalıb. Ötən ilin sentyabrında bu sığorta növü üzrə 67,7 min manat sığorta haqqı toplandığı halda bu ilin eyni dövründə 31 min manata düşüb.
banner

Oxşar Xəbərlər