• cümə axşamı, 25 aprel, 19:17
  • Baku Bakı 21°C

Banklar xüsusi iş rejiminə keçir -Bakıda

10.06.16 12:09 1086
Banklar xüsusi iş rejiminə keçir -Bakıda
AzərbaycanMaliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə "2016 Formula 1 Avropa Qran Prisi" ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan verilən məlumata görə, yarışlar zamanı paytaxtımıza əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq, onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsinin zəruri olduğu qeyd olunub. MBNP Direktorlar Şurasının sədri R.Aslanlı şəhərin mərkəzi hissəsində, xüsusilə trek boyu ərazilərdə və istirahət məkanlarında valyuta dəyişmə xidmətlərinin qeyri-iş günlərində və daha uzun saatlar üzrə təşkil edilməli olduğunu bildirib. Sədr müvafiq istiqamətdə banklar ilə fəaliyyətin əlaqələndirilməsi, monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə konkret tapşırıqlar verib.
Azərbaycanda ilk dəfə keçiriləcək dünyaca məhşur "Formula 1" yarışlarını izləmək üçün Bakıya gələcək minlərlə əcnəbi qonaqların və şəhərimizin sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 09:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək.
Bundan əlavə, "Bank Respublika"nın Neftçilər pr., 67 ünvanında yerləşən "Ofis 24" filialı və "DəmirBank"ın Nizami küçəsi, 111-də yerləşən "Mərkəz" filialı xarici turistlərin və ölkə vətəndaşlarının istifadəsi üçün şənbə və bazar günləri daxil olmaqla həftə boyu 24 saat fəaliyyət göstərir.
Xatırladaq ki,Maliyyə Bazarlarına Nəzarət Palatasıölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan prezidentinin 3 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılıb.
banner

Oxşar Xəbərlər