• cümə, 26 Aprel, 20:11
  • Baku Bakı 22°C

Banka borcu olan şəxs özünü bıçaqlayıb

04.06.13 16:26 1252
Banka borcu olan şəxs özünü bıçaqlayıb
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Faiq Yusifov qarın nahiyyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.
Polis əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, F.Yusifovun banklardan birinə borcu olub, iyunun 3-də ödəniş etməli imiş. İmkanı olmadığından ödənişi edə bilməyən F.Yusifov əsəbiləşib və bıçaqla özünə xəsarət yetirib.
F.Yusifovun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər