• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

Bank VTB tender elan edir

01.02.17 17:36 1164
Bank VTB tender elan edir
Bank VTB (Azərbaycan) ASC "IBM Integration Bus illik abunə və texniki dəstək göstərilməsinin müddətinin uzadılması” xidmətinin əldə olunması ilə əlaqədar açıq tender elan edir.
Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, AZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar. Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 14 fevral 2017-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, AZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.
Bank VTB (Azərbaycan) ASC-nin Konkurs (tender) komitəsi.
Əlaqələndirici şəxs:
Rüfət Sultanov
Telefon: 012 492-00-80 (daxili nömrə 1252)
Faks: 012 437-71-21
Mob.: 050 286 00 87
banner

Oxşar Xəbərlər