AZE | RUS | ENG |

Bank VTB müştərilərinə bayram günləri də xidmət göstərəcək

Bank VTB  müştərilərinə bayram günləri də xidmət göstərəcək
Bank VTB (Azərbaycan) Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir və bildirir ki, bankın bəzi filialları bayram günlərində də çalışacaq. Maliyyə bazarlarına nəzarət palatasının bankların Novruz tətilində gücləndirilmiş iş rejiminə keçməsinə dair tövsiyəsinə əsasən, VTB (Azərbaycan)-ın iki mərkəzi filialı – "Gənclik” və "Sahil” filialları müştərilərə xidmət göstərməyə davam edəcək. Bu ofislər 18-26 mart tarixlərində saat 10.00-dan 20.00-dək işləyəcək.
 
Filiallar müştərilərə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək ki, bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, hesablar üzrə çıxarışların verilməsi, məsləhətlər üzrə bütün xidmətlər kompleksi daxildir. 

Bankın "Sahil” filialı Bül-bül prospekti 7, "D” korpusu ünvanında, "Sahil” metro stansiyası  yaxınlığında yerləşir. "Gənclik” filialı «Ganjlik Mall» TM ilə üzbəüz, M.K. Atatürk prospekti 2 ünvanında, "Gənclik” metro stansiyası yaxınlığındadır. 

Bundan başqa, müştərilər istənilən zaman VTB (Azərbaycan)-ın nağd vəsaitlərlə təchiz olunmuş bankomatlarından istifadə edə bilər.  


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001