Bank VTB filial şəbəkəsini konsolidasiya edir
2016-cı ilin sonunda bank VTB (Azərbaycan)-ın səhmdarları olan VTB
(ASC) və "AtaHolding” ASC tərəfindən bankın 2017- 2019-cu illər üzrə yeni
inkişaf strategiyası qəbul edilib. Korporativ bizneslə işin gücləndirilməsini
nəzərdə tutan yeni üçillik inkişaf strategiyasına uyğun olaraq, bank VTB
(Azərbaycan) filial şəbəkəsini konsolidasiya edir. Belə ki, müştəri xidmətləri
bölmələrinin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsi məqsədi ilə
bir-birinə yaxın yerləşən filiallar birləşdirilib. Buna misal kimi, "Əhmədli”
və "Həzi Aslanov” filiallarının "Neftçilər” filialına birləşdirilməsini
göstərmək olar. Bank VTB (Azərbaycan) əvvəllər bankın əhatə etmədiyi və paytaxt
əhalisinin daha sıx cəmləşdiyi yerlərdə bank xidmətlərini bərabər paylaşdırmaq
məqsədi ilə yeni filialların açılmasına qərar verib. 2016-cı ildə bankın
eyniadlı metro stansiyaları yaxınlığında "Gənclik” və "Elmlər” adlı iki yeni
filialı açılıb.
Filiallar şəbəkəsinin optimallaşdırılması bankın yeni korporativ
strategiyasının tərkib hissəsidir və bank VTB (Azərbaycan)-ın müştəriləri
qarşısında olan öhdəliklərinin icrasının keyfiyyətinə və xidmətlərin
səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Hazırda baş ofis yanında Müştəri
Xidmətləri İdarəsi, "Əcəmi”, "Sahil”, "Gəncə”, "Sumqayıt”, "Neftçilər”,
"Elmlər” və "Gənclik” kimi filialları adi rejimdə çalışır və müştərilərə xidmət
göstərməyə davam edir.
Ötən il ərzində bankın korporativ biznesinin əldə etdiyi müsbət
nəticələr bu prosesin effektiv və məqsədəuyğun olduğunu göstərib.