• cümə axşamı, 28 mart, 20:26
  • Baku Bakı 13°C

"Bank VTB" Azərbaycandakı törəməsinin səhmdarlarının strukturunda dəyişikliyi istisna etmir

13.07.17 15:32 1089
"Bank VTB" Azərbaycandakı törəməsinin səhmdarlarının strukturunda dəyişikliyi istisna etmir
"Bank VTB" SC Azərbaycanda fəaliyyət göstərən törəmə bankının ("Bank VTB (Azərbaycan)" ASC) səhmdarlarının strukturunda dəyişikliyin baş verməsini istisna etmir.

"APA-Economics" "Interax" agentliyinə istinadən xəbər verir ki, bunu "Bank VTB"-nin İdarə Heyətinin sədri, prezidenti Andrey Kostin bildirib.

"Səhmdarların strukturunda dəyişikliyin baş verməsi istisna deyil. Hələlik biz səhm paketimizi dəyərləndiririk. Bizim müxtəlif variantlarımız var. Lakin hələlik bu barədə danışmaq tezdir", - deyə o bildirib.

Xatırladaq ki, bir müddət öncə "Bank VTB" Azərbaycandakı törəməsindəki səhm paketinin bazar və investisiya dəyərinin qiymətləndirilməsi üçün sifariş verib. Qiymətləndirmə obyekti 124,497 mln. ədəd (səhmlərin 49%-i) səhmdir.

Qiymətləndirmə "Rossiyskaya otsenka" QSC tərəfindən aparılacaq. İşlər 1 ay müddətində aparılacaq. "Bank VTB" bunun üçün 4,65 mln. rubl ödəyəcək.

Bankdan bildirilib ki, qiymətləndirmə idarəetmə sahəsində qərarların qəbul olunması üçün lazımdır.

"Bank VTB (Azərbaycan)" 2009-cu ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Bankın səhmlərinin 51%-i "Bank VTB"-yə, 48,99%-i "AtaHoldinq" MMC-yə və 0,01%-i fiziki şəxsə məxsusdur.
banner

Oxşar Xəbərlər