• cümə axşamı, 25 aprel, 17:20
  • Baku Bakı 23°C

Bank VTB (Azərbaycan) işgüzar missiyanın iclasında iştirak edib

09.04.19 17:43 459
Bank VTB (Azərbaycan) işgüzar missiyanın iclasında iştirak edib
Bank VTB (Azərbaycan)-ın nümayəndə heyəti Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Bakıya səfəri çərçivəsində keçirilən Rusiya sənaye müəssisələrinin işgüzar missiyasının iclasında iştirak edib. Bankın nümayəndələri kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərən iri şirkətlərlə görüşüb.
Bundan başqa, tədbir çərçivəsində bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycandakı Rusiya İxrac Mərkəzinin təşkil etdiyi dəyirmi masada iştirak edib. İştirakçılar sənaye sahəsində işgüzar əməkdaşlığın perspektivlərini və bu sahədə məhsulların rəqəmsallaşdırılması məsələlərini müzakirə edib.
«Belə tədbirlər Rusiya və Azərbaycan sahibkarları arasında münasibətlərin qurulmasına təsir edir. Öz növbəsində Bank VTB (Azərbaycan) əməkdaşlıq üçün sərfəli şərtlər təklif edir və bununla da ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verir», - deyə Yevgeni Kirin bildirib.
banner

Oxşar Xəbərlər