Bank VTB (Azərbaycan)-ın idarə heyətində yeni üzv
Bank VTB (Azərbaycan)-ın idarə heyətinə yeni üzv təyinatı
gerçəkləşib.
Bankın mətbuat xidmətindən Kaspi.az-a verilən məlumatda bildirilir
ki, idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman
Rudakovdur. Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva
Dövlət polad və ərintilər institutunu bitirib.
Bank sahəsində böyük təcrübəyə malikdir. O, Rusiyanın "Uralsib”,
"PromServisBank”, "Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə
çalışıb. 2017-ci ildən bank VTB
(Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.