• cümə, 19 Aprel, 15:01
  • Baku Bakı 25°C

Bank VTB (Azərbaycan)-ın Çagrı Mərkəzi zənglərin buraxılış gücünü artırıb

20.04.17 12:00 780
Bank VTB (Azərbaycan)-ın Çagrı Mərkəzi zənglərin buraxılış gücünü artırıb
2017-ci ilin 1-ci rübündə VTB (Azərbaycan)-ın Çağrı Mərkəzinin (Call Center) operatorları bankın müştərilərindən 15 000-dən çox zəng qəbul edib, telefonla verilən məsləhətlərin ümumi müddəti 21 min dəqiqə və ya 350 saat təşkil edib.
Müştərilərin ən çox müraciət etdiyi müddət saat 11:00-dan 15:00-dək qeydə alınıb. Gün ərzində operatorlar orta hesabla 300 sorğuya cavab verib, bu zaman operatorun cavabını gözləmə müddəti orta hesabla 23 saniyə, sorğunun həllinə sərf olunan vaxt isə 2 dəqiqə təşkil edib. Daxil olan sorğuların böyük hissəsi bankın tarifləri, məhsulların şərtləri, seyf qutuları, internet-bankinq xidmətinə qoşulmaq barədə olub.
Hazırda 986 qısa nömrəli Çağrı Mərkəzi bankın müştəriləri ilə daimi əlaqə saxlamaq üçün əsas kommunikasiya vasitələrindən biridir. Müştərilər bankın qaynar xətti ilə əlaqə saxlayaraq unikal müştəri kodu vasitəsilə öz hesabları barədə bütün məlumatları əldə edə bilər. Çağrı Mərkəzinin operatorları həmçinin plastik kartların buraxılışı, kreditlərin verilməsi, depozitlərin yerləşdirilməsi üzrə onlayn sifarişlər qəbul edir və bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində suallara cavab verir. Çağrı Mərkəzinin operatorları nəinki zəngləri qəbul edir, həmçinin bankın saytındakı zəng sifarişi funksiyası sayəsində müştərilər üçün rahat olan vaxtda zəng edib, onları maraqlandıran sualları cavablandırırlar.
"Operatorların işinin vacibliyini və məsuliyyətini nəzərə alaraq biz, qaynar xətt ilə müştərilərə göstərilən xidmətin keyfiyyətini daim artırırıq. Bankın müştəriləri əmin ola bilər ki, bankın Çağrı Mərkəzinə zəng edərək onlar bütün lazımi məlumatı və peşəkar dəstək alacaqlar ”- deyə, bank VTB (Azərbaycan)-ın Çağrı Mərkəzinin rəhbəri Rasim İslamov bildirib.
banner

Oxşar Xəbərlər