Bank VTB (Azərbaycan) ilə Qayğısız tətil
VTB (Azərbaycan) bank seyflərinin icarəsi və depozitlər üzrə xüsusi şərtlər
təklif edən "Qayğısız tətil” adlı yeni aksiyaya başlayır. Avqustun 2-dən etibarən
VTB (Azərbaycan)-da bank seyflərinin icarəsi zamanı müştərilər seyfin ölçüsü və
icarə müddətindən asılı olaraq 80%-dək endirim əldə edir. İcarənin
maksimal müddəti 12 ay təşkil edir. Bundan başqa, 5000 manatdan və 12 ay müddətindən
başlayaraq bankda depozit yerləşdirən müştərilər bank seyfini 3 aya qədər pulsuz
icarəyə götürə bilər.Fərdi bank seyflərinin istifadəsi zamanı girovun tələb
olunmaması aksiyanın daha bir üstünlüyüdür.
Aksiyanın müddəti – 1 noyabr 2017-ci ilə qədərdir.
«Bank seyflərinin icarəsi xidməti xüsusilə istirahətə gedən müştərilər
üçün aktualdır. Bu xidmət dəyərli əşyaların qorunmasının etibarlı üsuludur.
Bank VTB (Azərbaycan)-da seyf icarəyə götürdükdə müştərilər dəyərli əşyalarının
təhlükəsizliyindən əmin ola bilər, - deyə bank VTB (Azərbaycan)-ın Şəbəkənin
inkişafı idarəsinin müdiri/Pərakəndə biznes idarəsinin müdiri vəzifəsini icra
edən Fuad İbrahimov bildirib
"Qayğısız tətil” aksiyasının şərtləri barədə ətraflı məlumatı bankın
filiallarından və ya 986 qısa nömrəli Call Center xidmətinə zəng vuraraq əldə
etmək mümkündür.
Qeyd edək ki,Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə
bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin
səhmdarları: VTB Bank ASC və "AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan)
ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə
fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14
filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub