AZE | RUS | ENG |


Bank sektorunun balans kapitalı 2 mlrd. manatı ötüb

Bank sektorunun balans kapitalı 2 mlrd. manatı ötüb
Azərbaycanda  fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32 mlrd. 407,1 mln. manat, cəmi öhdəlikləri 30 mlrd. 347,5 mln. manat təşkil edib.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 59,6 mln. manatdır. İlin əvvəlinə bu göstərici 1 mlrd. 908,8 mln. manat olub. Beləliklə, sektorun balans kapitalı 7,9% və ya 150,8 mln. manat artıb.
 
Əhalinin əmanətləri 7 mlrd. 691,3 mln. manat həcmindədir.
 
Bankların filiallarının sayı 569, şöbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edir. İlin əvvəlinə sektorun işçi heyətinin 16 947 nəfər olduğunu nəzərə alsaq, 19 nəfərin sektoru tərk etdiyi məlum olur.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.1901
TRY 1 Türk lirəsi 0.4835
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2096
EUR 1 Avro 1.9988
CHF 1 İsveçrə frankı 1.7610
USD 1 ABŞ dolları 1.7008