Bank PR menecerləri üçün təlim keçiriləcək
11-12
noyabr tarixində Bakıda "World Business Centre”də "Baku School of Public Relations”
şirkətinin və "Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı
ilə Bank sektorunda çalışan ictimaiyyətlə
əlaqələr (PR) mütəxəssisləri üçün "Bank sektorunda PR” və "Böhran Kommunikasiyası”
mövzusunda növbəti təlim keçiriləcək. Təlimi Azərbaycan Respublikası Mərkəzi Bankının
mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və "Alibayov Kommunikasiya
& Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr
İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli
Əlibəyov tərəfindən aparılacaq.
İki gün davam edəcək təlimdə PR mütəxəssislərin
bu sahədə fikir mübadiləsi aparılacaq, bilik və bacarıqlarının artırılması,
beynəlxalq təcrübə ilə bağlı məlumatlar veriləcək. Təlim həmçinin ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas
anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin
KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara
görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş
məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV
mövzularını əhatə edəcək.
Təlimdə
iştirakçılara Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevin müəllifi olduğu, hər
bir PR menecerin masa üstü ədəbiyyatı ola biləcək ictimaiyyətlə əlaqələrin idarə
edilməsi mövzusunda "Nəyi? Necə? Nə vaxt?” kitabı hədiyyə olaraq paylanılacaq.
Qeyd edək ki, yerlər məhdud olduğu üçün
iştirak etmək istəyən PR mütəxəssislər 9 noyabr 2016-cı il tarixinə qədər [email protected] emailinə təsdiq məktubu
göndərərək qeydiyyatdan keçməlidilər. Təlim ödənişlidir və sonda iştirakçılara
sertifikatlar təqdim ediləcək.