AZE | RUS | ENG |

Bank dələduzluğunun üstü açılıb

Bank dələduzluğunun üstü açılıb
Vətəndaşların xəbəri olmadan onların adına 59 min manat kredit rəsmiləşdirilib


"İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-də yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, qeyd edilən cəmiyyətlərin vəzifəli şəxsləri 2010-cu ilin sentyabr ayında 2 nəfər Astara sakininin hər birinə müraciətləri əsasında 3 min manat məbləğində istehlak krediti veriblər. Sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunan ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla 59 min manat məbləğində kredit rəsmiləşdirilib. "İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Astara Kredit İttifaqı" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056