• çərşənbə axşamı, 19 mart, 07:33
  • Baku Bakı 8°C

BAMF prezidenti Cenevrədə qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanat verib

21.09.19 15:52 414
BAMF prezidenti Cenevrədə qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanat verib
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 42-ci növbəti sessiyasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) bəyanatı yayılıb.
Trend-in məlumatına görə, BAMF prezidenti Umud Mirzəyev bəyanatda Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən zorla qovulmuş məcburi köçkünlərin hüquqlarının BMT İnsan Hüquqları Şurası tərəfindən təsbit olunmadığını bildirib. O, insan hüquqlarının qorunması mexanizmlərinin qaçqın və məcburi köçkünlərin hüquqlarına şamil olunmadığını və bunun təcavüzkar dövlətin mövqeyini gücləndirdiyini bəyan edib.
Bəyanatda deyilir:
"Azərbaycan son 27 ildə bir milyon 200 mindən çox qaçqın və məcburi köçkünün hüquqlarının haqsız olaraq məhəl qoyulmadığı və insan hüquqlarına dair mövcud mexanizmlər çərçivəsində nəzərə alınmadığı bir vəziyyətlə üzləşib.
Qonşu Ermənistan tərəfindən Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi nəticəsində insanların zor gücünə öz doğma yurd yuvalarından didərgin düşməsinə gətirib çıxarıb. İndiyə qədər bu insanlar doğma torpaqlarına qayıda bilmirlər. Artıq ikinci bir nəsil məcburi köçkün status ilə yaşamaq məcburiyyəti ilə üzləşib.
Bu, Ermənistanın beynəlxalq hüququn bütün prinsiplərinə və BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, həmçinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymamasının nəticəsidir.
Bu gün sizinlə müzakirə etdiyimiz insan hüquqlarının qorunması mexanizmləri qaçqın və məcburi köçkünlərin hüquqlarından yan keçir və bu da indiki halda təcavüzkar olan Ermənistanın mövqeyini gücləndirir. İnsanların öz doğma torpaqlarına qayıtmaq hüquqlarını dəstəkləmək və təcavüzkara təzyiq göstərmək həqiqətən mümkünsüzdürmü?
Biz BMT-nin İnsan Hüquqları Şurasını zəruri mexanizmləri işə salmaqla təcavüzkara lazımi təzyiq göstərməyə və hüquqları ciddi şəkildə pozulanları müdafiə etməyə çağırırıq. Anlayışa görə sağolun!"
banner

Oxşar Xəbərlər