• şənbə, 27 Aprel, 06:20
  • Baku Bakı 12°C

Baltikyanı ölkələrin XİN başçıları Ukraynaya səfər edib

15.04.21 10:51 474
Baltikyanı ölkələrin XİN başçıları Ukraynaya səfər edib
Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Ukraynaya səfər ediblər.
APA-nın xəbərinə görə, Baltikyanı ölkələrin XİN başçılarının səfəri Ukraynaya dəstək məqsədi daşıyır.
Estoniya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü bildirib ki, nazirlər ukraynalı həmkarları Dmitri Kulebanın dəvəti ilə Ukraynaya gediblər.
"Səfərin məqsədi Rusiya Federasiyasının sabitliyi pozan fəaliyyətləri kontekstində Estoniya, Latviya və Litvanın Ukrayna ilə həmrəyliyini bir daha təsdiqləmək, Ukraynaya dəstək göstərmək və vəziyyətə hərtərəfli baxış keçirməkdir”, - Estoniya XİN-in sözçüsü qeyd edib.
banner

Oxşar Xəbərlər