• şənbə, 20 Aprel, 02:40
  • Baku Bakı 15°C

Baloğlan Əşrəfov Səidədən üzr istəməyib

02.10.13 13:36 1447
Baloğlan Əşrəfov Səidədən üzr istəməyib
“Mən Səidə Sultandan deyil, tamaşaçılardan üzr istəmişəm”. Bunu aznews.az-a əməkdar artist Baloğlan Əşrəfov bildirib. Onun sözlərinə görə, bu məsələ çox şişirdilir.
Qeyd edək ki, Baloğlan Əşrəfov bir neçə gün bundan əvvəl ANS telekanalının “Günəbaxan” verilişində qonaq olarkən "Muğam ifaçısı geyimini bilir. Estrada müğənnisi isə səhnədə tullanıb düşür, sənətinə uyğun geyinmir" sözləri mübahisəyə səbəb olmuşdu.
Sənətçi bu gün yenidən həmin verilişin qonağı olub və canlı yayımda üzr istəyib: “Əgər o sözü işlətmişəmsə, kiminsə xətrinə dəyibsə üzr istəyirəm”.
banner

Oxşar Xəbərlər