Balerinalar tamaşa zamanı oyuna baxarkən
Rusiyada keçirilən
dünya çempionatı hər kəsi ağuşuna alıb.
Mundialın
oyunlarına yaşından və cinsindən asılı olmayaraq, heç kim biganə qala bilmir. Kaspi.az
xəbər verir ki, Moskvanın Böyük Teatrının balerinaları da bu günlərdə futbolla
maraqlanırlar.
DÇ-nin 1/8
finalında keçirilən Rusiya-İspaniya qarşılaşması gedən zaman Böyük Teatrda "Raymonda” tamaşası oynanılırmış. Rusiya yığmasına
azarkeşlik edən balerinalar elə tamaşa
oynanılan vaxt da futbola baxmaq fürsətini əldən buraxmayıblar.