• cümə axşamı, 25 aprel, 12:44
  • Baku Bakı 23°C

Balaxanı Sənaye Parkı Azərbaycana valyuta daxil olmasına imkan yaradır

02.06.18 13:45 869
Balaxanı Sənaye Parkı Azərbaycana valyuta daxil olmasına imkan yaradır
Balaxanı Sənaye Parkı Azərbaycana valyuta daxil olmasına imkan yaradır.
Sənaye müəssisələrinin yaradılması yeni məhsulların dəstəklənməsini təşviq edir. Balaxanı Sənaye Parkı sənayeləşmə prosesinə nümunələrdən biridir. Bu parkın formalaşması istehsal edilən məhsulların ixrac imkanları deməkdir. Sıfırdan yaranan Balaxanı Sənaye Parkı Azərbaycana valyuta daxil olmasına imkan yaradır. Eyni zamanda, istehsal olunan məhsullar idxalın əvəzlənməsi baxımından vacibdir.
AZƏRTACxəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı alim Vüqar Bayramov jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, bu gün Balaxanı Sənaye Parkında gördüyümüz məhsulların bir qismi vaxtilə ölkəyə idxal olunan məhsullardan idi. Daha onların idxalına ehtiyac yoxdur. İdxalın əvəz edilməsi prosesi həm də valyutanın ölkədə qalması baxımından vacibdir. Bu mənada sənaye parkları, sənaye məhəlləsi istehsal edilən məhsulların bazara çıxarılmasına imkan verəcək. Bu isə yeni iş yerləri deməkdir. Sənayeləşmə həm də ixtisaslı kadr hazırlamağa imkan yaradacaq.
"Düşünürəm ki, bu, İqtisadiyyat Nazirliyinin uğurlu layihələrindən biridir. Nazirliyin təşviqi və dövlətin dəstəyi ilə reallaşdırılan layihə həm yeni iş yerlərinin yaradılmasını, həm istehsalın genişləndirilməsini, ən əsası "Made in Azerbaijan” brendi ilə ölkəmizin məhsullarının dünya bazarlarına çıxarılmasını təmin edəcək”, - deyə Vüqar Bayramov bildirib.
banner

Oxşar Xəbərlər