• cümə axşamı, 18 aprel, 23:41
  • Baku Bakı 21°C

Balakəndə “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi üçün 3 milyon manat ayrıldı

31.07.20 12:51 647
Balakəndə “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi üçün 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş "ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının "ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
banner

Oxşar Xəbərlər