Balakəndə 6 manata görə QƏTL - 25 yaşlı oğlan öldürüldü

Balakəndə 6 manata görə QƏTL - 25 yaşlı oğlan öldürüldü

Kriminal
15 Noyabr 2019, 10:38 369
Balakən rayonunda qətl hadisəsi baş verib.
Trend-in məlumatına görə, rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu rayonun Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcünü istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Z.Layıcov şübhəli şəxs qismndə saxlanılıb.