• cümə, 29 Mart, 04:45
  • Baku Bakı 7°C

Balakən - Sarıbulaq-Qabaqçöl - Xalatala avtomobil yolu istifadəyə verilib

03.08.17 14:00 1378
Balakən - Sarıbulaq-Qabaqçöl - Xalatala avtomobil yolu istifadəyə verilib
Azərbaycan prezidentiİlham ƏliyevBalakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.
APA-nın məlumatına görə, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Bundan başqa, bu yol yük və sərnişin daşınmasının da yaxşılaşmasına imkan yaradacaq, turizm bölgələrimizdən olan Balakənə gələn turistlərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
Prezidentİlham Əliyevyeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
banner

Oxşar Xəbərlər