AZE | RUS | ENG |

Balakən II Beynəlxalq xurma festivalına hazırlaşır

Balakən II Beynəlxalq xurma festivalına hazırlaşır
Oktyabrın 27-28-də Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçiriləcək.

Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivala hazırlıq işləri üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xurma istehsalçıları və ixracatçıları, ətraf rayonlardan gəlmiş qonaqlar, həmçinin rayon sakinləri iştirak edəcəklər.

Festivala dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirəcəklər.

Sonra qonaqlar "Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkəcək, istehsal prosesi ilə tanış olacaqlar.

Festivalın rəsmi açılış mərasimindən əvvəl qonaqlar parkın ərazisində xurma ağacları əkəcəklər. Sonra festival iştirakçıları parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar. Festivalın birinci günü respublika incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.

Festivalın ikinci günü də maraqlı proqramla yaddaqalan olacaq. Parkda xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, həmçinin tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunacaq, xurmaya aid ekspozisiyalar sərgilənəcək, yerli folklor kollektivlərinin, idmançıların çıxışları olacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9340
GEL 1 1 Gürcüstan larisi 0.6361
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7094
KWD 1 1 Küveyt dinarı 5.5912
TRY 1 1 Türkiyə lirəsi 0.3157