• cümə, 29 Mart, 17:21
  • Baku Bakı 14°C

Balaca yolçu

31.05.16 11:12 4587
Balaca yolçu

Tək-tənha yaşadığı evindən çıxıb kluba tərəf getməyə başladı. O orta yaşlı, beli azca əyilmiş, subay bir kişiydi. Üzünün ifadəsindən mərhəmətli olduğunu hiss etmək olurdu. Mavi gözləri işıldayırdı, zəif bir kədər də gizlənmişdi gözlərinin dərinliyində. Bəlkə bu heç kədər deyildi. Taleyi ilə barışmış insanın gözləri bəlkə elə belə olmalıydı? Aprelin əvvəlləriydi. Axşamtərəfi idi. Narın yağış damcıları yağırdı kişinin başına. Amma buna baxmayarq havada yaz təravəti vardı. Səkinin qırağındakı ağacda bir quş öz nəğməsini oxuyurdu. Kişinin ürəyi quş səsindən oyandı. Londondakı evlərin damı üstündə incə bir rəng vardı.

Kluba gedərkən onun yolu dəniz sahlində yerləşən dəmir yol stansiyasının yanından keçirdi. Nəğmə oxuyan quşun səsi, səmanın rəngi onun ürəyini titrətmişdi. Yazın bu mesajları onun ürəyini musiqiylə doldurmuşdu. Hər halda, bu musiqi öz ifadəsini heç nədə tapmırdı. O sadəcə dərindən ah çəkdi. Elə yavaşdan ah çəkdi ki, hətta xəyalən qolundan tutduğu uşaq da onun səsini eşitmədi. Kişi indi daha sürətlə gedirdi, belini dikəltmişdi, başını qaldıranda onun gözlərindəki parıltı da çoxalmışdı. Yaş səkinin qırağında, küçə fanarının zəif işığı altında, iyirmi-otuz metr aralıda o balaca bir oğlan gördü. Nədənsə bu oğlan kişinin diqqətini çəkdi.

Oğlan Eton internat məktəbinə məxsus paltar geyinmişdi. Ağ köynəyinin yaxalığı qırışmışdı, dama-dama paltosunun düyməsini bağlamamışdı. Başına qoyduğu çirkli həsir şlyapanın altından qalın saçı görünürdü. Onun əlində bir çanta vardı. Yaşına görə çanta çox ağır idi. Dayanmadan on metrdən çox apara bilmirdi. Tez-tez çantanı bir əlindən o biri əlinə keçirir, hərdən dayanıb otururdu. Yeriyəndə çanta şalvarına sürtünürdü. Bir sözlə, təsirli mənzərəydi.

- Mən ona kömək etməliyəm, - kişi öz-özünə dedi. – Bu sürətlə getsə qatara çatmaz, qatara gecikəcək.

Kişi düz tapmışdı, oğlan qatara minməliydi. Onun çantasının qıraqlarına iki taxta bel də bərkidilmişdi.

Təxminən on yaşı olan bu oğlan hərdən gah sağa, gah da sol tərəfə baxır, sanki kimisə gözləyirdi - kiminsə gəlib ona kömək edəcəyini gözləyirdi. Bəlkə də elə kişinin ona çatmasını istəyirdi. Onun hərəkətindən hətta hiss etmək olardı ki, o heç gedəcəyi yolu da yaxşı tanımır. Kişi tələsdi ki, gedib uşağa çatsın.

- Mən mütləq bu balaca yolçuya kömək etməliyəm. - kişi sürətlə uşağa tərəf gedərkən öz-özünə təkrar etdi. Kişi gülümsədi. Onun atalıq təbiəti, kimisə qorumaq xasiyyəti güclüydü. Kişi oğlana çatanda oğlan çantasını səkinin qırağına qoyub nəfəsini dərirdi. Ona çatanda kişinin təbəssümü gülüşə çevrildi.

Oğlan hələ də ümidlə sağa, sola baxırdı. Kişinin addım səsini eşidəndə oğlan dönüb ona baxdı, iri mavi gözlərində soyuqqanlı bir ifadə vardı, ancaq sanki baxışlarıyla kişiyə "xoş gəldin” edirdi.

- Ah, cənab, nə yaxşı ki, mənə çatdınız. - kişi ağzını açıb heç nə deməmiş oğlan dedi. – Mən hər tərəfə baxırdım, amma heç arxaya baxmaq ağlıma da gəlmirdi.

Bir neçə saniyə lal-dinməz oğlanın yanında dayanan kişi sanki onun sözünü eşitmirdi. Çünki onun mavi gözləri elə saf idi ki. Uşağın səsi elə təsirli, elə zərif idi ki, kişi ona tərəf gedəndə elə hesab etdi ki, bayaq xəyalən qolundan tutduğu öz balaca uşağına tərəf gedir.

Qəflətən kişi on iki il boş keçən illərini düşündü, üzü qızardı.

- Oğlum, bu çanta sənin üçün çox ağırdır, - kişi gözündəki kədəri gizlətmək üçün gülümsəyib dedi. - Sən axı çox böyük deyilsən. Hə, hələ böyük deyilsən. De görüm, hara gedirsın? Məncə, stansiyaya gedirsən, düzdür?

Kişi çantanın tutacağıından taxta belləri açıb əlinə götürdü. Birdəın yadına düşdü ki, oğlanın dediyi hansısa söz ona əzab verir. O hansı sözü demişdi? Nə üçün demişdi? Üst-başı çirkli bu uşaq ona nə demişdi? Kişinin barmaqları çantaya dəyəndə kişi bildi ki, ona əzab verən nədir. Bunu biləndə kişi yüngülcə gülümsədi.

Oğlanın kişiyə "cənab” deyə müraciəti kişini kədərləndirmişdi. Kişi bu sözü eşidəndə özünü məktəb direktoru, yaxud müəllim kimi hiss etmişdi. Kişli bu sözü eşidəndə özünün qocaldığını xatırlamışdı.

Onun bu sözə ehtiyacı yox idi. - Hə, həm də o bu sözün həsrətini çəkmişdi. Bəlkə də hardasa eşitmək istəmişdi bu sözü. Çantanı əlində aparanda kişinin ürəyində, beynində qəribə yük vardı elə bil. O oğlanın dediyi "cənab” sözünə görə etiraz etməmişdi.

Hə, bu oğlan dəmiryol stansiyaslna gedirdi. Yəqin ki, evlərinə Pasxanı qeyd etməyə gedirdi. Yəqin onun adamnları kassanın qabağında onun yolunu gözləyirdilər. Kişi yerə qoyduğu çantanın qulpundan tutub qaldırdı.

- Ah, sizə minnətdaram, cənab, - oğlan gülümsəyib ona dedi.

Sanki ona kömək etmək böyük bir hadisə idi. Halbuki kiçik uşaqlara kömək etmək böyüklərin borcudur.

Çantanı yuxarı qaldıranda kişi balansını itirdi. O təxmin etmişdi ki, bu çanta ağır olar. Ona nə qədər enerji sərf edəcəyini düşünürdü Amma çantanı yuxarı qaldıranda gördü ki, o lələk kimi yüngüldür. Bəlkə də onun içindəki rəngli kağız, ya hansısa ölü bir adamın ruhuydu. Bu fikir kişiyə sanki fiziki baxımdan da ağır gəlirdi. Ona görə də əlləri əsdi.

Kişinin arxasıyca ələri cibində gedən uşaq dedi:

- Sizə çox minnətdatam. Amma yerişiniz çox gülməlidir.

Oğlan arzuedilməz sözü demişdi, kişi bu sözü eşitmişdi. Kişi ləngər vura-vura yeririydi. Duman olduğundan o irəlini də yaxşı görmürdü. Yağış havanı tutqunlaşdırmışdı. O hələ də quşun şirin nəğməsini eşidirdi. Beyninə gələn qəribə fikirlər bulud kimi qaralırdı. Reallıq və xəyal gözləri qarşısnda birlikdə oynayırdı. Uşaqlar birlikdə oynayan kimi.

Keçmişi xatırlayanda bir an göz qapaqlarını bu dünyayanın üzünə bağladı.

Rosettini xatırladı. Gözü önünə gəldi o. Rosetti ona şeir oxudu. On iki il boş keçən illər üçün kədərini sözlərinin içində gizlətdi.

"Kişiylə qadının ürəyi bir yerdə vuranda...”

"Ölü doğulmuş sevgi” sonetini ona pıçıldayırdı Rosetti.

Kimdir bu uşaq? – kişi fikirləşdi. Bəlkə o qız kimi geyinib? Üzündəki təbəssüm, məsum təbəssümüylə onu aldadır? Bu uşaqda nəsə yox idi. Nəsə çatmırdı. Nə çatmırdı? Bu oğlan kim idi?

Yanaşı gedərkən kşi bir daha oğlana nəzər saldı. Oğlan onun baxdığını hiss etmədi.

Uşaq kşiyə çox uşağı xatırladırdı. Sevdiyi, bir yerdə oynadığı uşaqları xatırlatdı ona.

Doğulmayan uşaqlarını. Kişi onları belə adlandırırdı.

Birdən oğlan qəflətən kişiyə yaxınlaşdı, onun qolundan tutdu. İndi onlar dəmiryol stansiyasına yaxınlaşırdılar. Balaca, sevimli, köməksiz uşaq çantanı kişinin əlindən aldı.

Kişi bu vaxt dözə blməyib dedi:

-S ənin bu çantanın heç çəkisi yoxmuş. Elə bil bomboşdur!

Oğlan kişinin sözlərini eşidib güldü - Qayğısız uşaq necə gülürsə elə. O başını qaldırıb dedi:

- Bilmək istəyirsiniz çantanın içindəki nədir? Deyim sizə?

Sonra uşaq yavaşca əlavə etdi:

- Əgər istəyirsinizsə sizə deyə bilərəm.

Amma kişi uşaqdan çantanın içində nə olduğunu soruşmağa cürət etmirdi.

- Yəqin ki, qəhvəyi kağızdır, ya da quş yumurtası. Torağay yumurtası, ya da başqa quşun yumurtası.

Uşaq onun sözlərini eşidib əl çaldı, sonra sakitcə durdu. Kişi də onun dayandığını görüb dayandı. Uşaq dabanı üstə qalxıb ağzını kişinin qulağına apardı. Onun üzündə təbəssüm və sevinc vardı.

- Mənim gələcəyim, - oğlan pıçıldadı.

Kişinin bədəni buza döndü.

Onlar böyük stansiyanın həyətinə girib kassaya tərəf getdilər. Tələsən adamlar onları ötüb keçirdi. Kişi çantanı yerə qoydu. Bu vaxt uşaq yenə də sağa, sola baxdı. Elə bil kimisə axtarırdı. Sonra üzünü kişiyə tutub gülümsədi.

- Anam həmişəki kimi gözləmə zalındadır, - uşaq dedi. - Mən gedim onu bura gətirim. Sənin burda olmağını o bilməlidir.

Sonra uşaq dabanı üstı qalxıb əllərini kişinin çiyninə qoyub dedi:

- Öp məni, ata. Bir dəqiqəyə qayıdıram.

- Ah, balaca yolçu, - kişi dedi və qollarını geniş açanda qarşısında boşluqdan başqa heç nə görmədi.

Kişi kluba getmək əvəzinə yavaş-yavaş evinə qayıtdı. Evinə çatan kimi mürəkkəbi solmuş məktubu on iki il ərzində bəlkə də mininci dəfə oxudu.

Sevdiyi qadının ölümündən iki həftə əvvəl yazdığı məktubu oxudu. Məktubda onun evlilik təklifini qəbul etdiyini yazmışdı.

İngilis dilindən tərcümə edən: Sevil Gültən

banner

Oxşar Xəbərlər