• cümə, 19 Aprel, 03:02
  • Baku Bakı 18°C

“Baku Steel Company”də partlayış: 1 ölü, 2 yaralı

16.09.14 13:15 1296
“Baku Steel Company”də partlayış: 1 ölü, 2 yaralı
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 15-də saat 18 radələrində qeydə alınıb. Nərimanov rayonu Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” MMC-nin oksigen sexində qaz balonu sınaqdan keçirilərkən partlayış baş verib.
Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər