• cümə, 29 Mart, 19:52
  • Baku Bakı 14°C

"Baku shopping festival": planlar, gözləntilər, nəticələr - Fotolar

07.11.17 11:15 2773
"Baku shopping festival": planlar, gözləntilər, nəticələr - Fotolar
Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasında turizm prioritet istiqamət olaraq nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması"iqtisadi inkişaf strategiyası"nda istinad edilən11 sektordan (8 əsas,3 yardımçı olmaqla) biridir.2016-cı ildə təsdiq edilmiş"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndəturizm üzrə "2020-ci ilədəktədbirlər planı", "2025-ci ilədəkuzunmüddətli baxış"və"2025-ci ildən sonrakı dövr üçün hədəf baxış" hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun. Görünür ki, indi Azərbaycandaturizmə mövsümi hadisə kimi deyil, iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.
Milli iqtisadiyyatıninkişafındaturizmin rolu

Azərbaycan2025-ci ilədəkdünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır.Bunun üçün qonşu ölkələrlə yanaşı, qlobal miqyasda tanınan dövlətlərdən də turistlərincəlb edilməsi diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, indiyədəkAzərbaycana səfər edənlər arasında ilk üç yeriRusiya, Gürcüstan vəİran turistləri tuturlar. Digər ölkələrdən gələn turistlərin kəmiyyətini artırmaq üçün ölkədə çeşidli proqramlar həyata keçirilir. Bu sıradabeynəlxalq brend tədbirlərin Azərbaycandakeçirilməsi də var."Formula-1", "İslam Həmrəylik Oyunları", "Bakı-2015 Birinci Avropa Oyunları"nınBakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilənhədəflərə çatmaqdır.

Ölkəninmövcud infrastrukturu,təbiəti,iqlimi, iri ticarət mərkəzləri,bir çox əmtəələrin qiymətlərinin ucuzluğu və ən əsası,ictimai-siyasi sabitlik, təhlükəsizlikAzərbaycanın turizm sahəsindəki iddialarını gerçəkləşdirməyə əsas yaradır.Əgər gözləntilər doğrularsa,2020-ci ilədək olan ilk mərhələdə Azərbaycanda real Ümumi Daxili Məhsul (ÜDM)turizm sektorundan götürülən gəlirlərəsasında465 milyon manat artacaq. Ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılması da 2020-ci ilədək olan ilk mərhələ üçün hazırlanmış planın tərkib hissəsidir.Növbəti mərhələlərdə isə daha böyük nailiyyətlər gözlənilir.

Turizmin dünya iqtisadiyyatında payı ÜDM-nin9-10 faizi qədərdir.Bu mənada, turizm istənilən ölkə üçün əhəmiyyətli gəlir mənbəyidir.Hər bir ölkə bu sahədən pay götürmək üçün uzunmüddətlirəqabət aparır.Azərbaycanisə rəqbətəyeni qoşulanlar sırasındadır.Azərbaycanda ixtisaslaşmışturizmin inkişafı üzrə proqramların hazırlanmasınıntarixi, 2000-ci illərdən sonrakı dövrə təsadüf edir.Demək olar ki, bu sahəyəmaraq daha çox qeyri-neft sektorunun inkişaf etdirilməsi,iqtisadiyyatın şaxələndirilməsi yönündəaddımlar atılması zərurətindən yaranıb.Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2002-ci ildə təsdiq edilmiş"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu mövzuda ilk baza sənəd kimi qəbul etmək olar. Buna baxmayaraq, ölkə turizm sənayesinin inkişafı sahəsində rəqib ölkələrin keçdiyi yolu, çox qısa müddətdə adlaya bilib.2002-ci ildən keçən qısa zaman kəsiyində turizmsahəsindəciddi nailiyyətlər qazanılıb.Müqayisə üçün bildirək ki, əgər 2002-ci ildə ölkəyə gələn turistlərin sayı834 min351nəfəridisə, 2016-cı ildə bu rəqəm2 milyon 242 min 783 nəfərə qədəryüksəlib...

Prezident İlham Əliyevin"Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" sərəncam imzalaması, həmçinin"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın qəbul olunması turizm sənayesinin inkişaf etdirilməsi yönündə fəaliyyəti stimullaşdırıb. Görülən işlərin nəticəsi olaraq, 2011-ci ildən 2016-cı ilədək olan müddətdəAzərbaycanagələn xarici ölkə vətəndaşlarının sayınınorta hesablaillik8,5 dəfəartması təmin edilib.2016-cı il üzrə statistikaya görə, turizm sənayesinin ölkəÜDM-də payı4,3 faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra, turizmin ölkədəÜDM-yə təsir imkanlarıinkişaf etmiş ölkələr səviyyəsinəçatacaq.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiqlənməsi Azərbaycanın ixtisaslaşmış turizm məkanlarından birinə çevrilməsi yönündə işləri daha da sürətləndirib.Sənədturizm üzrə hədəfləri və bu hədəflərə çatmaq üçün vasitələr aydın göstərir. Bakı ilə yanaşı regionlara da çeşidli turizm marşrutlarının hazırlanması, ölkəyə gəliş üçün viza proseslərinin sadələşdirilməsi kimionlarca proqramturizm sahəsində hədəfə çatmaq üçün atılmış mərhələli addımlardır.

"Baku shopinq festival" turizmüzrə hədəflərəçatmaq üçün uğurluvasitədir

Günümüzdə sürpriz kimi ortaya çıxan aşağı qiymətli hava reyslərinin təşkilinin də turizmin inkişaf üzrə strategiyaya bağlılığı var.Yol xəritəsi"əsas tələb bazarları ilə hava əlaqəsinin təkmilləşdirilməsi"ni bir öhdəlik olaraq qarşıya qoyur.Bunu nəzərə alaraq,Azərbaycan Konqreslər BürosuvəAZALbirgə təşkilatçılı qedərək,"Baku Shopping Festival" çərçivəsində10 şəhərdən Azərbaycana sərfəli turlar təşkil ediblər. Ölkəyə turist axınını stimullaşdırmaq üçün təşkil edilən tur-paketlərə birbaşa uçuş bileti, transfer, iki nəfər üçün nəzərdə tutulan otaqda gecələmə, səhər yeməyi,festival iştirakçısı olan mağazalaraturlardaxil edilib.

Yeri gəlmişkən qeyd edək ki, turizmin inişafı yönündə icra edilən proqramlar sırasında "Baku Shopping Festival"xüsusi əhəmiyyətə malikdir.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il1 sentyabr tarixdə imzaladığı"Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncama uyğun olaraqkeçirilənşopinq festivallar həm turizmin inkişafıstrategiyasına, həm dəümumilikdəmilli iqtisadiyyatın diversifikasiyası proqramına mühüm töhfələr verə bilib.

Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə 2017-ci ilin 10 aprel-10 may aralığına keçirilən 1-ci Bakı Şopinq Festivalın uğurlu nəticələri eyni il daxilində 2-ci festivalın təşkilinə marağı artırıb. Kampaniya ölkədə həyata keçirilən layihələrlə müqayisədə nisbətən az investisiya ilə yüksək nəticələrə çatmaq baxımından diqqət çəkir. 1-ci festivalın nəticələrini şərh edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki,"Bakida keçirilən 1-ci Şopinq Festivala 700 min manat xərclədik, büdcəyə isə 5,6 milyon manat vəsait daxil oldu". Bu, festivalın gətirdiyi maddi gəlirin yalnız dövlət büddəcisinə aid olan hissəsidir. Ümumilikdə 1-ci şopinq festivalın maliyyə dövriyyəsi 18 milyon 167 min 892 manata çatıb ki, bu dövriyyədən özəl iaşə obyektləri, ticarət müəssisələri və digər xidmət sahələri gəlir əldə ediblər. Statistikaya görə, onların 18%-dən 200%-ə qədər satış artımları olub. Kampaniya tərkibində Azərbaycanda ilk dəfə "Tax free" sistemi tətbiq edilib, alıcılara 1,8 mln manat ƏDV qaytarılıb. Bu yolla həm yerli əhalidə, həm də turistlərdə maraq yaradılıb, onları ölkə içində ticarətə həvəsləndirib.Proqnozlara görə, 10 aprel - 10 may tarixlərində keçirilən1-ci, 15 oktyabr-15 noyabr tarixlərində keçiriləcək2-ciBakı şopinq festivalllarnəticəsində ölkə büdcəsinə ümumilikdə 50 milyon manatadək vəsait daxil olacaq.İki festivalın təşkili üçün çəkilən xərclərin cəmiisə1 milyon 500 min manatdır.2-ci festivala 600-ə yaxın ticarət obyektinin, supermarketin, aptekinqoşulması deməyə əsas verir ki, 1-ci festivalın nəticələri uğurlu olub. Belə ki,2-ci festivala qatılan ticarət obyektlərinin sayı 3 dəfə yüksəlib,kampaniya alıcılarla yanaşı, xidmət təklif edənlər üçün də əlverişlişərait yarada bilib.Məlumat üçün qeyd edək ki,festival ərzindəkampaniyaya qoşulmuşobyektlərdə alıcılara minimum 10%, bəzi mallar üzrə isə70%-ə qədər endirimlər təklif edilir.

AmmaBakı Şoppinq Festivalın ölkə üçün faydası təkcə maddi gəlirlə, yaxudturist axınını stimullaşdırmaqla yekunlaşmır. Kampaniya dövründəbeynəlxalqvəyerliKİV-lərBakı Şopinq Festivallarının təşkilinə əhəmiyyətli yer ayırıblar. 15 oktyabrda başlanan 2-ci festival barədə qısa müddət ərzindəxarici mediada təqribən 60-dan çox məqalə dərc edilib. Ərəb ölkələri,postsovet ölkələri,Türkiyə, İran, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya, Kanada KİV-lərində yayımlanan məqalələrdə Bakı şopinq festivalla yanaşı, Azərbaycan və onun paytaxtının tanıdılmasınada əhəmiyyətli yer verilib.

Nəticələr

Rəsmi statistikaya görə,turizm sənayesində çalışanların sayı2017-ci ildə 46 min nəfərə çatıb ki, bu da proqnozlaşdırılandan təqribən 29%yüksəkdir. Yuxarıda qeyd etmişdik ki, turizmin inkişafı üzrə proqramlarda2020-ci ilədək olan ilk mərhələdəümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılacağı nəzərdə tutulmuşdu.

2017-ci ilin daha bir uğuru ölkəyə gələn turistlərin kəmiyyəti ilə bağlıdır.İlin9ayı ərzində Azərbaycana 2 milyon 71 min 918 nəfər turist gəlib, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artım deməkdir.Hesablamalara görə, ilin ilk 8 ayında gələnturistlərin ölkə içində xərclədikləri vəsait 700 milyon dollardan yüksəkdir ki, bu daölkə büdcəsi ilə yanaşı,özəl xidmət sektoru üçün ciddi mənbədir. Uğurlu nəticənin əldə edilməsində"Baku Shopping Festival"ların xüsusi payı var. Festival çərçivəsində icra edilən proqramlar, o cümlədən,güzəştli tur paketlər və "Tax-free" sistemiqonşu ölkələrdən turist axınını stimullaşdırıb.

Şopinq festivallar dünya turizm və ticarət təcrübəsində mövcuddur. Türkiyə, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilərək turist axınını stimullaşdıra bilib. MDB məkanında isəilk dəfə Azərbaycanda təşkil edilib. Azərbaycan beynəlxalq kampaniyaya milli çalar qatmaqla onu daha da möhtəşəm və uğurlu edə bilib. Həm də daxil olduğu region üçün yeni ənənə yaradıb.Təsadüfi deyil ki, Tiflis şəhər meri, Gürcüstanbaş nazirinin keçmiş müavini Kaxa Kaladze, həmçiningürcü iqtisadçı ekspert İosif ArçvadzeAzərbaycanda tətbiqedilənşopinq festivalənənəsinin Gürcüstanda da ciddi maraq oyatdığını, gələcəkdə bu praktikanın Bakıda və Tibilisidə eyni vaxtda tətbiq ediləcəyinə inandıqlarınıbildiriblər.Türkiyə Mərmərə qrup strateji-sosial araşdırmalar vəqfinin başqanı Akkar Suner isə Azərbaycanda yaradılan bu ənənənin bütün regiona təsir edəcəyini bildirib.

2-ci Bakı Şopinq Festivalının davam etdiyi bir dövrdəDünya Bankının Azərbaycanla bağlımüsbət rəy açıqlaması da təsadüfi deyil .Qurum ötən həftəyaydığı hesabatındaAzərbaycanın adını"Doing Business 2018" hesabatında 8 pillə irəli çəkərək, 190 ölkə arasında 57-ci yerə yüksəldib.

Ən əsası isə Azərbaycan Avropa və mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib.Bundan öncəisə Dünya Səyahət və Turizm Şurası Azərbaycanı 2010-2016-cı illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələr sırasında ilk 10-luğa daxil edib.

İndiki templə davam edərsə, Azərbaycanın 2025-ci ilə planlaşdırdığı "Dünyada turistlərin ən çox üstünlük verdikləri 20 məkandan biri"nə çevrilmək iddiaları daha tez doğrula bilər.

Müşfiq Ələsgərli


banner

Oxşar Xəbərlər