• cümə, 19 Aprel, 05:28
  • Baku Bakı 18°C

“Baku Fires”-dən növbəti qələbə

07.05.15 15:55 1106
“Baku Fires”-dən növbəti qələbə
Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) ¼ final mərhələsinin cavab görüşü keçirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, komandamız Meksikanın “Mexico Guerreros” komandası ilə qarşılaşıb.
İlk döyüşündə Murad Rabadanov (52 kq, “Baku Fires”) Orlando Ahuatl Huitzillə, Nəsrəddin Məmmədov (60 kq) Delqado Garza Lindolfo ilə, Orxan Xasməmmədov (69 kq) Reyes Anguiano Hektor Andreslə, Mixail Dauqalivets (81 kq) Mina Kaisedo Karlos Andreslə, Hacı Murtuzəliyev (+91 kq) isə Ramirez Vargas Edgar Alberto ilə üz-üzə gəlib.
Komandamız 3:2 hesabı ilə rəqibinə qalib gəlib. İki oyunun nəticəsinə görə yarım finala Meksika klubu çıxıb.
Qeyd edək ki, ötən gün keçirilən ilk görüşdə “Baku Fires” 1:4 hesabı ilə məğlub olmuşdu.
banner

Oxşar Xəbərlər