AZE | RUS | ENG |

“Baku Fire” komandası Futzal üzrə Birinci Liqanın qalibi olub

“Baku Fire” komandası Futzal üzrə Birinci Liqanın qalibi olub
Futzal üzrə Birinci Liqada 2018-2019-cu il mövsümünə yekun vurulub.
 
AZƏRTAC xəbər verir ki, mövsümü məğlubiyyətsiz başa vuran və cəmi bir görüşdə heç-heçə etməklə xal itirən "Baku Fire” liqanın qalibi olub. Gümüş və bürünc medallar müvafiq olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "Standard” komandalarına təqdim olunub.
 
Liqanın ən yaxşı qapıçısı U-19-un üzvü Vladislav Reznov, ən yaxşı oyunçusu isə "Zəngilan” komandasından Qədir Rüstəmov seçilib. Ən yaxşı baş məşqçi mükafatı "Baku Fire”ə qızıl medallar qazandıran Teymur Eyvazova təqdim edilib. Liqanın bombardiri isə 85 qol vurmuş Emin Cəbrayılov (ADBTİA) olub.
 
Komandalara mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, federasiyanın əməkdaşı Xosrov Məmmədov və beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər.

Bütün iştirakçı komandalara isə federasiya adından təşəkkürnamə verilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933