• cümə, 19 Aprel, 21:37
  • Baku Bakı 24°C

Bakıya gələcək 6 min idmançının kimliyi açıqlandı

04.06.15 16:00 956
Bakıya gələcək 6 min idmançının kimliyi açıqlandı
Saytda idmançıların ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barədə ətraflı məlumatlar var
I Avropa Oyunlarına gələcək 6 min idmançı barəsində ətraflı məlumat Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə yerləşdirilib.
baku2015.com-un məlumatına görə, bu məlumatları rəsmi mobil tətbiqetməyə və ya az.baku2015.com saytının menyusunda yerləşdirilmiş “İdmançılar” bölməsinə daxil olmaqla əldə edə bilərsiniz.
Həmin səhifələrdə idmançının təcrübəsindən onun haqda olan statistik məlumata qədər müxtəlif mövzularda informasiyaya çıxış mümkün olacaq.
Burada idmançının ləqəbi, məşğuliyyəti və böyük yarışlarda qazandığı rekordlar barəsində də ətraflı məlumata yer verilib.
İdmançıların bioqrafiyalarına bu keçidə daxil olmaqla baxa bilərsiniz –www.az.baku2015.com/athletes/index.html
banner

Oxşar Xəbərlər