• cümə, 29 Mart, 17:17
  • Baku Bakı 14°C

Bakıya elektrik enerjisi verilişi tam bərpa edilib

12.07.18 21:04 552
Bakıya elektrik enerjisi verilişi tam bərpa edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadalarının səyi nəticəsində Ağsu rayonunda taxıl sahəsində baş vermiş yanğın lokallaşdırılıb. APA-nın xəbərinə görə, bu barədə "Azərenerji”nin məlumatında bildirilib.

Qeyd olunub ki, Bakı şəhərinə elektrik enerjisi verilişi tam təmin edilib. "Hazırda digər bölgələrin də elektrik enerjisi ilə təchizatı istiqamətində iş aparılır” deyə, məlumatda bildirilir.

Qeyd edək ki,Fövqəladə Hallar Nazirliyi bu gün Yevlax və Ağsu rayonlarında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Yevlax və Ağsudayanğının yüksəkgərginlikli elektrik xətlərinə yaxınlaşmasının qarşısı alınıb.

Məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhalFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və texnikası cəlb olunub, görülmüş operativ tədbirlər nəticəsində yanğının yanxınlıqdakı yüksəkgərginlikli elektrikhavaxətlərinə yaxınlaşmasının qarşısı alınıb. Yanğın 18:18-də yanğısöndürənlər tərəfindən söndürülüb.

Yanğın nəticəsində 79 hektar biçilmiş taxıl sahəsi və 1 hektar kol-kos yanıb. Yaxınlıqdan keçən yüksəkgərginlikli elektrikhava xətləri, meşə zolağı, ferma və ətraf ərazilər yanğından mühafizə olunub.

Saat 14:30 radələrində Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olan kimi dərhalFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib.

Yanğının yüksəkgərginlikli elektrikhavaxətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da FHN DYMX-nin canlı qüvvə və texnikası,Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Be-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğının söndürülməsi işlərinə Ağsu rayonu İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrikhavaxətlərinə yaxınlaşmasının qarşısı alınıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur.

Qeyd edək ki, "Azərenerji” ASC bu gün ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar yaydığı məlumatda bildirilib ki, "Azərbaycan" İES və Mingəçevir SES-ə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli bir neçəhavaxətti yuxarıda qeyd olunan ərazilərdə yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.
banner

Oxşar Xəbərlər