• cümə, 26 Aprel, 19:59
  • Baku Bakı 22°C

Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək

23.04.18 14:50 566
Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək
Bakıya daha bir yeni metro qatarı gələn ay gətiriləcək.
Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Bakıya gətirilən yeni qatarın təqdimatında deyib.
O bildirib ki, yeni qatar 5 vaqondan ibarətdir: "Ötən ilin fevral ayında Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bildiyiniz kimi, artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək".

N.Paşayev qeyd edib ki, qatarda olan hər 5 vaqonda sərnişinlər üçün keçid mövcuddur: "Qatar son texnologiyalarla təmin edilib".
O əlavə edib ki, yeni qatarların sərnişin tutumu digərlərinə nisbətən daha çoxdur.

banner

Oxşar Xəbərlər