AZE | RUS | ENG |

Bakıya çovğun gəlir - Xəbərdarlıq

Bakıya çovğun gəlir - Xəbərdarlıq
Sabah Bakıda və Abşeron yarımadasında çovğun olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovgun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Havanın temperaturu gecə 2-4 dərəcə isti , gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq. Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311