AZE | RUS | ENG |

Bakının yeni "Xanlar Parkı" - yaradılacaq şərait və YENİLİKLƏR

Bakının yeni
Bakının qədimliyini və tarixini əks etdirən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yeni park salınır.
Artıq uzun zamandır restavrasiyası aparılan "Bakı Xanlarının Evi" Kompleksinin ərazisində salınacaq istirahət mərkəzində hansı yeniliklərin olacağı, şəhər sakinləri, o cümlədən turistlər üçün hansı şəraitlərin yaradılacağı barədə Trend-ə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Zeynəb Cahan danışıb.
Onun sözlərinə görə, restavrasiya olunan kompleksin həyətyanı sahəsi abadlaşacaq:
"İqamətgahı təşkil edən binaların restavrasiyası zamanı həyətyanı sahə də köklü surətdə abadlaşdırılacaq və İçərişəhər sakinlərinin, ziyarətçilərin əvəzolunmaz istirahət guşəsinə çevriləcək. Xam torpaq üzərində müəyyən sahələrdə daş plitələr döşənəcək, qalan hissədə isə yaşıllıq salınacaq. Əhalinin rahatlığını təmin etmək üçün skamyalar qoyulacaq, talvar qurularaq, onun altında bir neçə köşk fəaliyyət göstərəcək. Parkın bədii tərtibatı zamanı portal, asma struktur kimi dekorativ vasitələrdən, fasaddan təbii işıq alınması imkanlarından istifadə olunması planlaşdırılır".

Z.Cahan park və kompleksə girişin hansı şəkildə aparılacağı barədə də söz açıb:
"Bakı Xanları Parkı"na giriş əlbəttə ki, bütün vətəndaşlar və xarici qonaqlar üçün sərbəst olacaq. Onlar öz asudə vaxtlarını tarixi və təbii məkanda qədim şəhərin gözəllik və zənginliyindən zövq alaraq keçirə biləcəklər. İnanıram ki, "Bakı Xanları Parkı" şəffaflıq, yaşıllıq, ənənəvilik və müasirlik kimi başlıca prinsipləri özündə birləşdirərək nəinki İçərişəhər, bütün paytaxt sakinlərinin daimi ziyarət yeri olacaq".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973