Bakının toxuculuq sənayesi 34,8 faiz artıb
Bakı şəhərinin toxuculuq sənayesində geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 84,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindənAZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 34,8 faiz, geyim istehsalında 14,4 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 47,0 faiz artım müşahidə olunub.