• cümə, 26 Aprel, 20:37
  • Baku Bakı 22°C

Bakının tarixi memarlıq nümunələri polşalı oxuculara tanıdılır

24.11.19 15:45 516
Bakının tarixi memarlıq nümunələri polşalı oxuculara tanıdılır
Polşanın mədəniyyət xəbərləri hazırlayan polonika.pl portalında Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi tarixi bina barədə məqalə yer alıb.
AZƏRTACxəbər verir ki, məqalədə polşalı memar Yozef Qoslavskinin əsəri olan bu bina onun yaradıcılığının şah əsərlərindən sayılır. Bakıda işlədiyi müddətdə 12 binanın inşasına rəhbərlik etmiş polşalı memarın və onu istiqamətləndirən mesenat Hacı Zeynalabdin Tağıyevin sayəsində şəhər Avropanın ən gözəl memarlıq nümunəsinə çevrilib. Onun rəhbərliyi altında daha dörd həmvətəni çalışıb.
Məqalədə Qoslavskinin memarı olduğu binaların quruluşları və üslubları barədə də məlumat verilir. Sözügedən binanın son halını istedadlı memar görə bilməyib və onun işini şagirdi Kazimej Skoreviç bitirib.
Məqalədə həmçinin XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakıda yaşayan polyaklardan da söhbət açılır. Qeyd olunur ki, onlar əsasən bura iş üçün gəlmiş memarlar, mühəndislər və həkimlər idi.

banner

Oxşar Xəbərlər