• cümə, 19 Aprel, 02:24
  • Baku Bakı 18°C

Bakının məşhur restoranında biabırçılıq - Foto

21.11.13 14:24 1773
Bakının məşhur restoranında biabırçılıq - Foto
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi 36 ünvanında yerləşən fiziki şəxs İslamov Şükürə məxsus “Sultan” restoranında dövlət nəzarəti aparılmışdır.
Komitədən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisənin mətbəxində sanitariya norma və qaydaları pozulub, natəmizlik hökm sürür. Müəssisədə kulinariya məmulatları reseptura olmadan hazırlanır, istifadə olunan məhsulların mənşəyini və keyfiyyətini bildirən müvafiq sertifikatlar yoxdur, mətbəxdə temperatur rejiminə düzgün əməl olunmur. Həmçinin bütün hazır yeməklər alüminium qazanlarda soyuducuda ağzıaçıq saxlanılır, bir gün öncədən bişmiş yeməklər olan qazanlar bir-birinin üzərinə qoyularaq qapaqsız saxlanılır. Restoranda istehlakçı hüquqları pozularaq bir neçə gün əvvəldən hazırlanmış yeməklər yeni hazırlanmış qida adı ilə təklif olunur. Müəssisədən ət farşı, “şuba” salatı, “mimoza” salatı, səbzi-qovurma yeməklərindən nümunə götürülmüş, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilmişdir.Foto"> Foto">

banner

Oxşar Xəbərlər