Bakının mərkəzində qanlı cinayət - ölən var

Bakının mərkəzində qanlı cinayət - ölən var

Kriminal
25 Aprel 2016, 14:53 1568
Bakıda daha bir qətl törədilib. Lent.az-ın məlumatına görə, aprelin 23-nə keçən gecə Nəsimi rayonu ərazisində Həzi Aslanov küçəsi 115 ünvanının qarşısında 1978-ci il təvəllüdlü Cavadov Ruslan Çingiz oğlunun meyiti tapılıb. İlkin müayinə zamanı R.Cavadovun meyitinin üzərində çoxsaylı xəsarətlər aşkarlanıb.

R.Cavadovun kim tərəfindən hansı şəraitdə və hansı səbəbdən öldürüldüyü məlum deyil. Bildirilir ki, o, tüfeyli həyat tərzi keçirirmiş və daimi yaşayış yeri olmayıb.