AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakının mərkəzi və qəsəbələrdəki əsas küçələrdə dezinfeksiya işləri aparılacaq

Bakının mərkəzi və qəsəbələrdəki əsas küçələrdə dezinfeksiya işləri aparılacaq

Təfsilat
03 İyul 2020, 11:52 136
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.