• cümə axşamı, 28 mart, 18:40
  • Baku Bakı 13°C

Bakının “İnter” klubunun prezidenti istefa verib

27.10.16 19:21 1440
Bakının “İnter” klubunun prezidenti istefa verib
Bakı "İnter”inin rəhbərliyində kadr dəyişikliyi baş verib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belə ki, "bankirlər"in prezidenti Rəşad Qasımov vəzifəsindən ayrılıb. Məlumatda Qasımovun öz xahişi ilə postundan azad edildiyi bildirilib.

Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Qeyd edək ki, Rəşad Qasımov 2015-ci ildekabrın 23-də bolqarıstanlıGeorgi Nikolovu əvəzləmişdi.

banner

Oxşar Xəbərlər