• çərşənbə axşamı, 23 aprel, 15:45
  • Baku Bakı 24°C

Bakının iki böyük prospektində tıxac yaranıb

26.07.13 08:45 1814
Bakının iki böyük prospektində tıxac yaranıb
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Heydər Əliyev prospektində tıxacın yaranması “Şəfa” stadionun yaxınlığında tunel və piyada keçidinin tikintisi ilə əlaqədardır.
Şöbə rəisi yolda tıxac yaranmaması üçün avtomobil sahiblərindən alternativ yollardan istifadə etməyi xahiş edib: “Qala, Şüvəlan, Mərdəkan, Buzovna sakinlərindən də xahiş edirik ki, evlərinə gedib - gələrkən alternativ yollardan istifadə etsinlər”.
V. Əsədov hazırda Tbilisi prospektində də avtomobillərin hərəkətində sıxlığın müşahidə olunduğunu bildirib: “20 Yanvar dairəsindən Salamzadə küçəsinədək olan ərazidə asfalt örtüyünün təzələnməsinə başlanılıb. Bununla əlaqədar həmin ərazidə tıxac yaranıb. Sizin vasitənizlə bir daha Quba, Qusar, Dəvəçi, Siyəzən rayonlarından Bakıya gələn sərnişinlərdən xahiş edirik ki, Sumqayıt şəhərindən keçərək Novxanı yolundan istifadə etsinlər. Eyni zamanda digər sərnişinlərdən də xahiş olunur alternativ yollardan istifadə etsinlər”.
banner

Oxşar Xəbərlər