• cümə axşamı, 25 aprel, 09:53
  • Baku Bakı 14°C

Bakının əsas prospektində yol bağlanır

16.04.14 12:39 1049
Bakının əsas prospektində yol bağlanır
Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumatda yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Kənar yolda (“Koroğlu” metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı bildirilib. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Əsas yoldan istifadə etmələri tövsiyə olunur.
banner

Oxşar Xəbərlər