Bakının ən fərqli moda layihəsi

Bakının ən fərqli moda layihəsi "Best Mom Prince & Princess"

Mədəniyyət
05 İyun 2019, 09:22 286
Bakının ən fərqli moda layihəsi hesab olunan "Best Mom Prince & Princess"ana-uşaq moda layihəsinin Qala Gecəsi böyük maraqla qarşılandı.
Trend-in məlumatına görə, artıq 6-cı dəfə idi ki təşkil olunan tədbir həm iştirakçıların, həm də tanınmış simaların rəğbətini qazanmağı bacardı. Layihənin rəhbəri, ana-bala dəbi üzrə həvəskar dizayner Günay Vəliyevadır. Tədbir 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdi və «High Life Fashion and Model» Academy-nin prezidenti Mübariz Allahverdizadənin dəstəyi ilə keçirilir. Gecənin açılışını gənc, istedadlı xanım, bəstəkar Məryəm Əlibəylinin tələbəsi Sübhanə Acalova etdi. Daha sonra ana-övlad bağının dəb forması müxtəlif konseptlərdə izləyicilərə təqdim olundu. Peşəkarlardan ibarət münsiflər heyətinin balları əsasında iştirakçılar arasında qaliblər müəyyənləşdi:
«Ana-qız» qalib cütlüklər
Birinci yer - Səbinə Qəniyeva və qızı Sofiya
İkinci yer - Abutalıbova Ayan və qızı Məryəm
Üçüncü yer - Məlikova Cəmilə və qızı Aliya
«Ana-oğul» qalib cütlüklər

Birinci yer - Abbasova Pərvanə, oğulları Hüseyn, Əli, Mustafa
İkinci yer - Rüstəmzadə Gülər və Nicat
Üçüncü yer - Xankişiyeva Amaliya və oğlu Kamal
Gecədə iştirak edən uşaq modellər, eyni zamanda «Baku City Kids Group»un uşaq modelləri öz fərqli çıxışlarına görə mükafat və sertifikatı ilə təltif edildilər. Layihənin münsiflər heyətininin tərkibinə "High Life Fashion & Model Academy"nin prezidenti Mübariz Allahverdizadə, müğənni Aygün Şükürova, aparıcı Aytəkin Mərdanova, müğənni Ayaz Qasımov, müğənni Nicat Məhərrəmov, peşəkar fotoqraf Nigar Həsənova, prodüser Mədinə Malik, psixoloq Nuriyyə Quliyeva, modelyer-dizayner Günel Yusifova, dizayner Elnarə Mirsəlimova, modelyer Bahar Abbasova, modelyer Nərmin Yavərqızı, Purple Cake & Flowers Butikin rəhbəri Halime Coshkun, daxil idi. Musiqili-əyləncəli xarakter daşıyan "Best Mom Prince & Princess" layihəsi qaliblərin və bütün istirakçıların mükafatlandırılması ilə başa çatdı. Gecənin aparıcısı Nicat Həsənzadə idi.