• cümə, 19 Aprel, 02:02
  • Baku Bakı 18°C

Bakının ən böyük prospektlərindən biri bağlanacaq

25.07.13 13:53 1462
Bakının ən böyük prospektlərindən biri bağlanacaq
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya bildirib ki, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron, Şamaxı rayonları və həmin istiqamətlər üzrə digər bölgələrdən paytaxtın «20 Yanvar» dairəsi istiqamətində hərəkət edən avtomobil sahiblərinin, sürücülərin və sərnişinlərin nəzərinə çatdırılır ki, iyulun 25-dən 26-na keçən gecə «20 Yanvar» dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzibati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Qeyd edilən ərazi üzrə nəqliyyat sıxlığının, tıxacların və yol-nəqliyyat hadisələrinin yaranmaması məqsədi ilə alternativ yol kimi Sumqayıt şəhərindən keçməklə Novxanı-Binəqədi yolu ilə hərəkət edərək Bakının Azadlıq prospekti və digər istiqamətləri üzrə, Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Badamdar və digər istiqamətlər üzrə, Bakı-Sumqayıt şosesindən Xocasən istiqamətində hərəkət edərək Bakı-Salyan şosesi üzrə, həmçinin 20 Yanvar dairəsindən Şərifzadə və Həsənbəy Zərdabi küçələri ilə Qələbə meydanına keçməklə A. Salamzadə küçəsi ilə hərəkət edərək Nəqliyyat Nazirliyinin inzibati binasının yanından Tbilisi prospektinə çıxmaq tövsiyə edilir.
V. Əsədov həmçinin qeyd edib ki, yol təmir-tikinti işlərinin qısa müddətə başa çatdırılması nəzərdə tutulub: “Bütün sürücülərdən xahiş edilir ki, alternativ yol kimi təklif edilən yollardan istifadə edilsin. Əlavə olaraq bildiririk ki, Sumqayıtdan 20 Yanvar dairəsi istiqamətində avtomobil tunelindən keçərək şəhər istiqamətində körpünün üzəri ilə də avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur. “20 Yanvar” dairəsindən həm körpünün üzəri ilə, həm də Tbilisi prospekti ilə A. Salamzadə küçəsi ilə kəsişməyədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yaranan müvəqqəti çətinliyə görə əhalidən, avtomobil sahibləri və sürücülərdən üzr istəyir.
banner

Oxşar Xəbərlər