AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakının bəzi yol kəsişmələrində işıqforların işində dəyişiklik edildi

Bakının bəzi yol kəsişmələrində işıqforların işində dəyişiklik edildi

Cəmiyyət
23 Yanvar 2020, 12:00 719
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən mütəmadi olaraq nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili və nəqliyyat axınına uyğun olaraq dəyişdirilməsi işləri həyata keçirilir.
 
Trend-in BNA-ya istinadən verdiyi məlumata əsasən, bu çərçivədə, vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib.
 
Bildirilir ki, Ziya Bunyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində, eləcə də Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb.
Məlumatda qeyd edilir ki, Həsən bəy Zərdabi küçəsinin İsmayıll Talıblı küçəsi ilə kəsişməsində işıqforun vaxt planına dəyişiklik edilib. Həmçinin İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

İlkin müşahidələrə əsasən, qeyd edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.